Heydər Əliyev Beynəlxalq Aeroportu üçün vebsayt

Ölkənin ən mühüm strateji obyektlərindən biri olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bir neçə il öncə yeni terminalını səyahətçilərin üzünə açmışdı. Müştərilərinə daha da mükəmməl xidmət göstərmək üçün rəhbərlik hava limanının saytını yeniləmək üçün bizə müraciət etməyə qərar verdi.

Hava Limanının komandası ilə birlikdə çox qısa müddətdə saytın hər bir səhifəsi xırda detallarına kimi işləndi. Bu zaman istifadəçilərin rahatlığı, mobil vasitələrdən istifadə zamanı yaşaya biləcəyi problemlər də nəzərə alındı.

Həmçinin Hava Limanının mərtəbələr üzrə xəritəsi də studiyamız tərəfində yaradıldı.

Sayt üzrə işlərə sentyabr ayında start verildi və noyabrın əvvəlində isə sayt artıq istifadəçilərin ixtiyarına verildi.