23 July 2020
Jeykhun Imanov Studio Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının vebsaytını yeniləyib.
Saytın daha çox məlumatlı olması ilə yanaşı, məlumat özü daha strukturlaşdırılmış bir şəkildə təqdim olunur.
Vebsaytın dizaynı daha parlaq və istifadəsi daha rahat oldu.
Saytda ziyarətçilərin istifadə edə biləcəyi bütün xidmətlər və imkanlar göstərilir. Uşaqlı və ya sağlamlıq imkanları məhdud qonaqlar üçün tövsiyələr verilir.
Xəritəni yenilədik və daha da interaktiv etdik. Onun köməyi ilə həm terminallar və dayanacaqda istənilən nöqtəni tapa bilərsiniz. Hər hansı bir obyekti seçərək, onun barəsində lazımi məlumat alacaqsınız.
Məsələn, restoran və ya kafedirsə — menyu, ödəmə üsulu və yeri haqqında məlumat.
Ayrıca, mobil uyğunlaşmaya çox əhəmiyyət verdik, saytı telefondan istifadə etmək daha rahat oldu.