"Azercosmos" şirkətinin “BakuTel 2015” sərgisi üçün olan stendi

"Azercosmos" şirkəti növbəti dəfə Bakutel sərgisində iştirakı ilə əlaqədar olaraq stendin dizaynı üçün bizə müraciət etdi.

Stendin hazırlanmasında "Azercosmos"un yeni korporativ üslubunun əsas elementi olan peykin əhatə dairəsini xatırladan dalğadan istifadə edilmişdir.

Stenddə həmçinin interaktiv görüntü vasitəsilə şirkətin gördüyü işlər barəsində sərgi iştirakçılarına məlumat verilirdi.

Stend 2-5 dekabr tarixində Bakıda keçirilən “Bakutel 2015 Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi”nin  “Ən yaxşı stend dizaynı” mükafatına layiq görüldü.