noscript

Əlaqə

Order design

Sevdiyin brendlər Bolkartla reklam kampaniyası

Bank of Baku 2011-ci ilin uğurunu təkrar etmək və 500-dən artıq brendin məhsul və xidmətlərini almağa imkanverən faizsiz Bolkart kredit kartına ikinci nəfəs vermək iddiasındadır.

2011-ci ildə biz Bolkart adlı brend yaratdıq, lakin hal hazırda bizim qarşımızda bu brendi yenidən canlandırmaq məqsədi dururdu.

JIS hədəf istehlakçılar arasında aparılan araşdırmalar əsasında istifadəçilərin Bolkartla alış-veriş edilə biləcək brendlərin sayının daha çox olmasının arzusunda olduqlarını müəyyən etmişdir. Buna əsasən biz “Sevdiyin brendlər Bolkartla” adlı yeni kommunikasiya strategiyasını təqdim etmək qərarına gəldik.

Bu ideyanı müxtəlif informasiya vasitələri ilə həyata keçirdik. Buraya şəhərdəki reklam lövhələri, nəqliyyatda reklam, kinoteatrlarda video reklam, ən çox ziyarət edilən internet səhifələrindəki reklam sahələri, radio və televiziyada reklam blokları və sosial şəbəkələr də aiddir.

Kampaniyanın promo-videosu.

Kampaniyanın radio reklamı; çarx 1.

Kampaniyanın radio reklamı; çarx 2.

bolkart_bilboard.jpg
Kampaniya bilbordun maketi.

leaflet.jpg
Alış-veriş mərkəzlərində alıcılara paylanılan bukletler.

london_taxi.jpg
Kampaniyanın taksi üzərində olan reklamının maketi.