Paşa Sığorta üçün "Nümunəvi sürücü" sosial layihəsi

Təəssüf ki, bu gün Bakı şəhərində sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarına çox vaxt riayət etmir, əsasən də piyada zolağında piyadaların buraxılması ilə bağlı məqamda. Bunları nəzərə alaraq PAŞA Sığorta və Azərbaycan Respublikası Dövlət Yol Polisi birgə layihəyə start verdi.

Bizim şirkət "Nümunəvi sürücü" adlı bu sosial layihənin ideya və mexanizmini hazırladı.

İnsanlar yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məktubları almağa öyrəşiblər. Bunun əvəzinə biz yol hərəkəti qaydalarına əməl edən insanlara təşəkkür məktubları göndərməyi təklif etdik.

Layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən "Nümunəvi sürücü"lər təyin edildi və onların ev ünvanlarına təşəkkür məktubları göndərildi. Bu məktub şirkətin müəyyən sığorta məhsullarna 10%-lik endirim təqdim edirdi. "Nümunəvi sürücü”lərin fotoları layihənin rəsmi veb səhifəsində yerləşdirilirdi https://www.facebook.com/Numunevisurucu və digər sosial şəbəkə isitfadəçilərini motivasiya edirdi. Layihə yerli telekanallar tərəfindən də işıqlandırıldı.

b22.jpg

Nümunəvi sürücü" sosial layihəsinin Facebook səhifəsi

b23.jpg

Təşəkkür məktubu

Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]