MuğanBank üçün "Visa Gift" kartının dizaynı

MuğanBank Azərbaycanda və xarici ölkələrdə nağdsız alış-veriş üçün nəzərdə tutulan yeni məhsulunu - "Visa Gift" hədiyyə kartlarını istehsal etdi.

Bu hədiyyə kartları ilə mağazalarda alış-veriş etmək, fitnes mərkəzləri və gözəllik salonlarının xidmətlərindən yararlanmaq, səyahət etmək, dəmir yol biletlərini almaq, kafe və restoranlarda hesabı ödəmək mümkündür. Ümumiyyətlə bu kartlarla VISA kartları xidmətindən istifadə oluna bilən hər bir məkanda hesablaşmaq mümkündür.

Komandamız "Visa Gift" kartlarının qutusunu və dizaynını hazırlamışdır.