Jeff & Co. üçün loqotip və korporativ üslub

11 March 2015

    Yeni açılacaq kofe məkanı bizə loqotip və korporativ üslubun hazırlanması üçün müraciət etdi.

    Biz araşdırma apardığımız zaman müəyyənləşdirdik ki, bu tipli məkanlarda insanların görmək və hiss etmək istədikləri əsas amil rahatlıqdır.

    Rahatlığı interyerlə bərabər həm də, saf və yaxşı dostluğu, istiliyi, etibarı özündə birləşdirən Jeff adlı obrazla göstərməyə çalışdıq.

    Jeff şirniyyat bişirməyi sevir, onun ailəsi Fransadan Amerikaya onun doğulmasından çox-çox əvvəl köçüb.

    Dadlı bişirmək onun ailəsinin ən sevimli məşğuliyyəti olub, onlar daim yeni kökə incilərinin yaradılmasına çalışır və reseptləri ehtiyatla qoruyur.

    Jeff-in yanına kofe və kökə almağa gələn çoxlu dostları var və bu da əsl dostluq məkanının yaradılması üçün bir başlanğıc rolunu oynadı. 

    "Jeff & Co" üçün addan əlavə loqotip və korporativ üslub hazırladıq.