Nar Mobile üçün jurnal reklamı

Davosdakı Dünya İqtisadiyyat Forumu çərçivəsində investorlar, ölkə rəhbərləri, iş adamları və siyasətçilər daxil olmaqla bütün forumun iştirakçıları arasında yayımlanan jurnal nəşr olunur.

Bizim məqsədimiz ölkədə və rabitə sektorunda inkişafı özündə əks etdirən Nar Mobile mobil operatoru üçün kommunikasiya yaratmaq idi.

Qərb ilə şərqin kəsişməsini və bu, biri-birindən bu qədər fərqli mədəniyyətlərin Azərbaycanda necə uyğunlaşdığını göstərmək qərarına gəldik.

Bunun üçün yaratdığımız reklam kommunikasiyasında Bakının yeni simvolu olan müasir Flame Towers qüllələrinin Xəzər dənizində qədim Atəşgah kimi əks olunmasını göstərdik.