Engin üçün Elektron Sifariş Platforması

19 December 2016

    Ölkənin ən böyük distribütorlarından olan Engin şirkəti 8000-dən çox mağaza və satış nöqtələrinə məhsullarını təqdim edir. Sifarişlər şirkət nümayəndəsinin iştirakı ilə baş versə də, şirkət xidmət səviyyəsinin yüksəldilməsi üçün Elektron Sifariş Platformasının yaradılmasına qərar verdi.

    Bizim məqsədimiz istifadəçilərin maksimal dərəcədə rahat sifariş verə biləcəyi, hesablarına nəzarət və ödəniş edə biləcəyi bir platforma hazırlamaq idi.

    Hal-hazırda bu platformadan 100-dən çox satış nöqtəsi istifadə edir.