"Mənim tanıdığım Vaqif" adlı filmin premyerası üçün dizayn

Azərbaycan mədəniyyətinin inkişafına, habelə, onun mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihələrin təşəbbüskarı olaraq çıxış edən BP Azerbaijan bu dəfə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi olan Vaqif Mustafazadə haqqında tammetrajlı sənədli filmin çəkilişlərinə dəstək olub.

Biz 25 Oktybar 2016-cı il tarixində Nizami Kino Mərkəzində baş tutan film premyerası üçün dizayn işlərini həyata keçirdik. Dizayn Vaqif Mustafazadənin siluetinin notlarla ifadəsini əks etdirir. Dizayn həmçinin filmin CD və DVD diskləri üzərində də istifadə olunmuşdur.