R.I.S.K şirkəti üçün Çərçivəli Təqvim

R.I.S.K. dünyanın 12 ölkəsində İnformasiya Texnologiyaları sahəsində layihələr həyata keçirən Azərbaycan şirkətidir. Məqsəd 2012-ci il üçün bu şirkətin biznesinin miqyasını izləyiciyə uğurla nümayiş etdirə biləcək və yeni il ərəfəsində şirkətin mühüm işgüzar tərəfdaşlarına göndərilən çoxsaylı təqvimlər arasından seçiləcək təqvim hazırlamaq idi.

Bunun üçün maraqlı bir taktika seçilmişdir – çərçivələnmiş rəsm əsəri formasında təqvim hazırlanmışdır. Rəsm əsərləri istənilən interyerin ayrılmaz bir hissəsidir və onu seyr edənləri qıcıqlandırmır. Əksər kabinetləri bəzəyən, məharətlə çəkilmiş rəsmləri seyr etmək böyük bir həzdir.

İzləyiciyə çatdırılacaq əsas mesaj R.I.S.K.-in qlobal şirkət olmasıdır. Bunun üçün təqvimin hər səhifəsində R.I.S.K.-in fəaliyyət göstərdiyi ölkələrdə yerləşən UNESCO Dünya Mədəniyyəti Mirasları nümunələri göstərilib.