noscript

Vitanizer antiseptik vasitə üçün brendinq

Jeykhun Imanov Studo Vitanizer antiseptik vasitəsinin brendinqini hazırladı.

Bazarı araşdırdıqdan sonra ilk növbədə qulağa yatan "Vitanizer" adı fikirləşdik. Bu ad xüsusilə karantin rejimində məhsulun faydalı olduğunu bildirir.

Bundan sonra loqotipi və qablaşdırmanın özünü dizayn etməyə başladıq. Məhsulun paklığını və təravətini vurğulamaq üçün etiketi şəffaf etdik. Əl və damla ikonkaları, mətni oxumadan məhsulun funksiyasını başa düşməyə imkan verir. Her iki ferqli aromatı aydın bildirmək üçün meyvələrin şəkillərindən istifadə etdik. Etiketin altına Ümumdünya Səhiyyə Təşkilatının loqotipini yerləşdirdik. O, da məhsulun keyfiyyətində əminlik hissi yaradır.

Loqotip üçün ciddiliyi bildirən qalın tünd mavi şrifti seçdik.
 

1vitanizer_1.jpg
2vitanizer.jpg
1vitanizer.jpg
3vitanizer_1.jpg