1 Kart üçün Brendinq və Reklam kampaniyası

Kapital Bank Azərbaycanda özündə müxtəlif kartların funksiyalarını birləşdirən ilk və yeganə plastik kartın dizaynı və reklam kampaniyasının hazırlanması üçün bizə müraciət etdi.

Bizim məqsədimiz məhsulun unikallığını və funksiyalarını dizaynda və reklam kampaniyasında göstərmək idi.

Bu kartın əsas xüsusiyyəti maaş, pensiya, taksit, kredit, depozit, bonus və debet funksiyalarınının bir kartda cəmlənməsidir. Bəli, bir kartda! Bu xüsusiyyət bizə adı seçməkdə yol göstərdi və beləliklə “1kart” yarandı. Bundan başqa, “1” rəqəmi ilk və yeganə olmağı da simvolizə edir ki, bu da məhsulun bazardakı unikallığı deməkdir. 

Azərbaycandakı bütün plastik kartlardan fərqli olaraq, “1 kart”ın üzərindəki təsvirlər və yazılar vertikaldır və bununla biz məhsulun unikallığını bir daha önə çəkmiş olduq.

Kartın dizaynı çox sadədir: 1 rəqəmi və onu dəstəkləyən korporativ naxışlı fon. Dizaynda Kapital Bankın korporativ üslubundan istifadə olunub və bu üslubu bütün elementlərdə görmək mümkündür.