Azərkosmos üçün korporativ üslub

Azərkosmos şirkəti loqotipin yenilənməsi və yeni korporativ üslubun yaradılması üçün bizə müraciət etdi.

Dalğanın brendinqdə istifadə olunan əsas element olaraq seçilməsi peykin əhatə dairəsini xatırlatması ilə əlaqədardır. Forma və rəng həlli isə şirkətin genişlənməsi və yenilənməsi fikirlərini ifadə edir.

Hazırlanan korporativ üslub təqvim, broşür, sərgi stendi (Bakutel 2015 İnnovasiya və Texnologiya Sərgisi) və s. yerlərdə uğurla istifadə edilmişdir.