BP Azerbaijan

Dünyanın ən köklü şirkətlərindən biri olan BP Azerbaijan Azərbaycanda artıq 25 ildir ki, fəaliyyətdədir. Ölkənin iqtisadi həyatında oynadığı önəmli rol ilə yanaşı BP Azerbaijan sosial layihələrdə də aktiv şəkildə iştirak edir. Jeykhun Imanov Studio və BP Azerbaijan-ın işbirliyi 2005-ci ildən başlayıb.

Bizim məqsədimiz BP Azerbaijan şirkəti üçün təhlükəsizlik kommunikasiyasının yaradılması idi. Vaxt keçdikcə işçilər müxtəlif kommuniaksiyalara diqqət yetirmirlər. Bunun üçün biz üzərində real obyektlər olan kommunikasiya yaratdıq.

Bu illər ərzində 300-dən çox müxtəlif kateqoriyalı işləri uğurla yerinə yetirmiş komandamız müxtəlif mükafatlara da layiq görülmüşdür. Bunlardan ən önəmlisi 2007-ci ildə BP-nin dünya üzrə akkreditə olunmuş dizayn agentlikləri arasında ən yaxşıları arasında Jeykhun Imanov Studio-nun da mükafata layiq görülməsi idi.

Mükafatı komandamıza quş qripi təhlükəsinə diqqət çəkmək üçün yaradılmış “Avian Flu” proyekti qazandırıb.

Bu uğuru studiya və eləcə də bütün Azərbaycan üçün ikiqat dəyərli edən səbəb isə mükafatı ABŞ və Böyük Britaniyadan olmayan agentliyin ilk dəfə qazanmasıdır.

Neft və Qaz sərgilərində stendlər, illik hesabatlar, təqvimlər, təbrik kartları və s. 15 ildir ki, Jeykhun Imanov Studio BP ilə bir yerdə böyüyür, onunla bir yerdə uğurlara imza atır. Bu uğurların əsasında isə birgə işbirliyimiz, BP Azerbaijan-ın istəklərini düzgün şəkildə anlamaq və çoxillik təcrübənin verdiyi inam dayanır. 

Hər zaman öz aktual mövzuları ilə seçilən neft-qaz sənayesi ilə bağlı olan "Compass" adlı rüblük jurnalın dizayn işləri də Jeykhun Imanov Studio tərəfindən həyata keçirilib. Jurnalı daim mükəmməlləşdirməyə çalışan komandamız onu trenddə saxlmağaı bacarmışdır. 

Azərbaycan mədəniyyətinin inkişafına, habelə, onun mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihələrin təşəbbüskarı olaraq çıxış edən BP Azerbaijan bu dəfə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi olan Vaqif Mustafazadə haqqında tammetrajlı sənədli filmin çəkilişlərinə dəstək olub. Dizayn Vaqif Mustafazadənin siluetinin notlarla ifadəsini əks etdirir. Dizayn həmçinin filmin CD və DVD diskləri üzərində də istifadə olunmuşdur.

BP Azerbaijan daim ölkənin həyatında iz qoymuş insanları yad edir. İnsanlar gözəl, xeyirxah əməlləri ilə yaşayır və gələcək nəsillərə örnək olur. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri idi. Bizim məqsədimiz təqvimdə H.Z.Tağıyevin həyatı və xeyriyyəçilik fəaliyyətini əks etdirmək idi. 

17 dekabr 2013-cü ildə “Şahdəniz 2” layihəsinin sonuncu investisiya qərarının imzalanması mərasimi keçirildi. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq kitabın hazırlanması bizə tapşırıldı. Bizim məqsədimiz kitabda bu layihənin əzəmətini vurğulayacaq sadə dizayn hazırlamaq idi.

2006-cı ildə BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvordla vida mərasimi üçün tədbir keçiriləcəkdi. Biz iki mindən çox işçinin Devid Vudvordla birgə əməkdaşlığa görə ona minnətdarlıqlarını nümayiş etdirməsi üçün bir konsepsiya hazırladıq. Bunun üçün mərasimin keçirildiyi zalın divarlarını ağ parçayla bəzədik, üzərində ürək sözləri yazılacaq smartbordlar quraşdırdıq və onları divarlara yönəlmiş proyektorlara qoşduq. Real zaman rejimində işçilər ürək sözlərini yazırdılar və bu onların səmimiyyətini vurğulayırdı.