BP Azərbaycanın "Muzeylərə pulsuz giriş" kampaniyası

20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyətini davam etdirən "BP Azərbaycan" şirkəti daim sosial və ictimai layihələr həyata keçirir və onları dəstəkləyir.

Bizim məqsədimiz muzeyləri hər kəs üçün əlçatan etmək və onlara marağın artırılması idi.

Bu məqsədlə biz "Muzeylərə pulsuz giriş" kampaniyasını hazırladıq.

Bu kampaniya çərçivəsində qış tətilləri zamanı Azərbaycan Milli İncəsənət Muzeyinə, Milli Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayı Kompleksinə, Azərbaycan Xalça Muzeyinə və Qız Qalası tarixi abidəsinə 10 günlük sərbəst giriş təşkil olunmuşdur.

Kampaniya nəticəsində minlərlə insan muzeyləri ziyarət etmişdir.