BP Azerbaijan üçün “biodiversity” brendinin yaradılması

22 October 2006

    Bizim məqsədimiz BP Azerbaijan şirkətinin layihəsi olub, üç ölkədə (Azərbaycan, Türkiyə və Gürcüstanda) fəaliyyət göstərən və ətraf mühitin mühafizəsi ilə bağlı olan "Biodiversity" üçün loqo və korporativ üslubun hazırlanması idi.

    Biz Edvard Lorensin "kəpənək effekti" nəzəriyyəsinə əsaslanmağı qərara gəldik. Bu nəzəriyyəyə görə, Ayovada qanadlanan kəpənək, İndoneziyada yağışlı mövsümdə baş verən hadisələrə səbəb ola bilər.

    Bunun üçün biz loqo və korporativ üslubun hazırlanmasında kəpənəyi böyük nailiyyətlər və ətraf mühitin mühafizəsini işarələyən simvol kimi nümayiş etdirdik.