"Insights" kitabı

29 Dekabr 2020

Ceyhun İmanov, dostu Denis Batalin ilə birlikdə 20 ölkəni gəzərək bir kitabda yüzlərlə insayt topladı.

Ceyhun İmanov, dizayn və brendinq üzrə mütəxəssis, sahibkar, kreativ direktor və Jeykhun Imanov Studio (JIS) reklam agentliyinin təsisçisi və sahibidir. Reklam kommunikasiyaları, qrafik və veb dizayn sahəsində 1000-dən çox layihənin müəllifidir. Müsabiqələrin münsiflər heyətinin üzvü, marketinq, brendinq və dizayn mövzularında çoxsaylı təqdimatların müəllifidir.

Denis Batalin, İnternet layihələrinin yaradılması və pul qazanması sahəsində mütəxəssis, sahibkar, biznes təlimçi və səyyahdır. ADCONSULT konsaltinq şirkətinin ortaq sahibi və BATALINE interaktiv rabitə agentliyinin təsisçisidir. Reklam kommunikasiyaları, təlim, təhsil və tədqiqat layihələri sahəsində 500-dən çox əsərin müəllifidir.

Kitabı buradan əldə edə bilərsiniz.

book1_3.jpg

"Insayt fikirdir, bir anlayışdır, yenidən düşünməkdir. Mən insaytlar tapmağı çox sevirəm. Onlar beynimizi daha da güclü işləməyə, həyatımızı yaxşılaşdırmağa və zənginləşdirməyə vadar edir. Demək olar ki, onları tapmağıma heç vaxt peşman olmamışam. Onlar hər zaman bizi inkişaf etdirərək mükəmməlləşdirir. İnsaytlar həmişə fərdi olur: bir şeyə baxaraq, bir musiqiyə qulaq asaraq tamamilə fərqli insaytlar tapa bilərik.

İnsaytlar, yeni təcrübə ilə rastlaşıb təəcübləndiyimiz an yaranır. Çox vaxt bu yeni insanlar, yerlər, memarlıq abidələri, əşyalar, düşüncələr, kitablar, səslər, proseslər və davranışlardır. Araşdırsaq, hər birinin arxasında yeni ideyalara ilhamlandıran fikirlər durur.

Bu kitabda səyahətlərimizdə topladığımız bir çox insayt və onların əsasında olan ideyalar var. Bir-birimizlə insayt paylaşdıqda,yeni fikirlər yaranır, bəzən daha çox dərin və fərdi.

Sizə yeni insaytlar arzulayıram!"

Ceyhun İmanov

white-background3_1.png

"İnsayt! Həyatın əsl sevincindən bəhs edən bir kitabdır. Sual vermək sevinci. Özünüzə və başqalarına, təsadüfi və planlaşdırılan işlərə, əşya və hadisələrə ... Kitabda bütün dünyaya diqqət yetirilir, onun yaradılması üçün əsas alət isə maraqdır.

Müəllif üçün görmək müşahidə etməkdən daha dəyərlidir. Buna görə də Insayt! - səhifələrində nə qədər cavab tapsanız da, suallar kitabıdır."

Denis Batalin, ADCONSULT

white-background1_1.png
white-background2_1.png
white-background4_1.png
white-background5_1.png
white-background6_1_1.png
Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]