noscript

Bolkart

“Bank of Baku” bizə dünya praktikasında geniş istifadə olunan taksit kartlarından birincisinin Azərbaycanda tətbiq olunması ilə bağlı müraciət etdi.

Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.

Kampaniyalarda istifadə olunacaq personaj və sloqan “Bala-bala ödə”, kampaniyaların ümumi konsepsiyasını hazırladıq, həmçinin kampaniya çərçivəsində TV və radio çarxı, mobil əlavə və vebsayt da studiyamız tərəfindən hazırlandı.

Nəticədə, ilk taksit kartı olan “Bolkart” minlərlə insan tərəfindən istifadə olunmağa başlandı və hal-hazırda da “Bolkart” taksit kartları içərisində liderlik mövqeyini qoruyur.

1bolkart-1.jpg
3bolkart.jpg
4bolkart.jpg

Kampaniyanın başlaması ilə şəhərin müxtəlif küçə və prospetklərində Bolkart-ın sloqanı "Bala-Bala ödə!"-nin reklam bannerləri yerləşdirildi.

Eyni anda istifadəçilərin kartı öncədən sifariş verməsi üçün sayt yaradıldı. Bu sayt vasitəsilə öz şəxsi məlumatlarını daxil edən istifadəçi banka getmədən kartı sifariş verə bilərdi. Kart hazır olduqdan sonra kart sahibinə bu barədə məlumat çatdırılırdı.

7bolkart.jpg
8bolkart.jpg
9bolkart.jpg

10bolkart.jpg
11bolkart.jpg

Bir neçə il sonra Bolkart-larda MasterCard ödəmə sistemi tətbiq olunmağa başlandı. Bu səbəbdən biz Bolkart istifadəçilərinə bu şad xəbəri çatdırmaq üçün reklam kampaniyası hazırladıq. Məqsədimiz rahat və istifadəçilərin dərhal məlumatı anlaya biləcəkləri bir reklam kampaniyası hazırlamaq və artıq bütün MasterCard ödəmə sistemli yerlərdə Bolkart taksit kartı vasitəsilə ödənişləri etməyin mümkünlüyü çatdırmaq idi.

12bolkart.jpg
13bolkart.jpg
14bolkart.jpg
14bolkart.jpg
15bolkart.jpg
17bolkart.jpg

Daim yenilənən Bolkart.az saytı istifadəçilərinə yeni funksionallar təqdim edirdi. Saytın dizayn işləri də bizim komandamız tərəfindən hazırlanmışdı. 

18bolkart.jpg
19bolkart.jpg
20bolkart.jpg