Bank of Baku üçün ''Bolkart'' reklam kampaniyası

“Bank of Baku” bizə dünya praktikasında geniş istifadə olunan taksit kartlarından birincisinin Azərbaycanda tətbiq olunması ilə bağlı müraciət etdi.

Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.

Biz bu taksit kartının adı olan “Bolkart”dan başlayaraq, kampaniyalarda istifadə olunacaq personaj və sloqan “Bala-bala ödə”, həmçinin, kampaniyaların ümumi konsepsiyasını hazırladıq. Həmçinin kampaniya çərçivəsində TV və radio çarxı, mobil əlavə vebsayt da studiyamız tərəfindən hazırlandı.

Nəticədə, ilk taksit kartı olan “Bolkart” minlərlə insan tərəfindən istifadə olunmağa başlandı və hal-hazırda da “Bolkart” taksit kartları içərisində liderlik mövqeyini qoruyur.