Bank of Baku üçün iPad proqramı

Bank of Baku iPhone proqramının istifadə sahəsini artırmaq üçün biz iPad və Android platformaları üzərində əlavələr yaratdıq. Bu proqram bankın ən son kampaniyaları və valyuta məzənnələri haqqında məlumatları əldə etmək üçün yaradılmışdır.

Proqram kredit və əmanətlərin onlayn sifariş edilməsini, dividend və ödənişlərin hesablamasını və hətta, Bank of Baku-nun ən yaxın filial, bankomat və ya Cash-in aparatlarının tapılmasını təmin edir. Bundan əlavə, “mənə zəng et” xidməti vasitəsilə bankın əməkdaşının qeyd olunmuş zaman çərçivəsində müştəri ilə əlaqə saxlaması üçün sonuncunun öz əlaqə nömrələrini qeyd etməsi də mümkündür.