Baku United üçün loqo və korporativ üslub

17 September 2014

    “Baku United” futbol klubu 2008-ci ildə Londonda “Odlar yurdu” universitetinin tələbə ittifaqı tərəfindən yaradılmışdır. Klub Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin təşkil etdiyi bir neçə həvəskar komandanın birləşdirilməsindən yaradılmışdır.

    Klub 2012-2013-cü illərdə İngiltərənin Milli Futzal liqasına professional komanda kimi üzv olmuş və 2013-cü ildə çempion titulunu qazanmışdır.

    Komandamız “Baku United” klubu üçün loqotip və korporativ üslub hazırlamışdır. Loqonun yaradılmasında Azərbaycanın və İngiltərənin simvollarının fərqli xüsusiyyətləri istifadə olunmuşdur.