Azercell üçün “Salam, bölgə!” reklam kampaniyası

Azercell bölgələrdə istifadəçilərin 2-ci dəqiqədən sonra pulsuz danışmasını təmin edən yeni bir kampaniyaya başlamışdır. Kampaniyanın məqsədi hər bir bölgə ilə xüsusi bir əlaqə qurmaq idi.

Komandamız bu kampaniya üçün “Salam, bölgə” konsepsiyasını yaratdı. Bu konsepsiya hər bir bölgə üçün ayrılıqda hər bir insana edilən müraciət forması kimi hazırlanmışdır.

Beləliklə hər bir bölgənin girişində biz onun adı ilə baglı dəyişən salamlama bilbordları yerləşdirdik, məsələn, “Salam, Quba!”, “Salam, Şamaxı!”, “Salam, Qusar!” və s.

Bu insanlarda həmin bölgəyə məxsus olduğu üçün fərdilik hiss yaradırdı.