Avropa Şurası üçün loqo

2014-ci ildə Azərbaycan 2001-ci ildən etibarən üzvü olduğu Avropa Şurasının bir illik sədr-ölkəsi seçilib.

Bizim məqsədimiz bütün rəsmi sənədlərdə istifadə olunub ölkəni təmsil edəcək  loqonun yaradılması idi.

Bu loqo ilə Azərbaycanın öz individuallığını qoruyub saxlamaqla eyni zamanda Avropaya inteqrasiyasını göstərmək qərarına gəldik.

Bunun üçün bayrağımızın səkkizguşəli ulduzunu Avropa Şurasının dəyişilməz loqosuna inteqrasiya etdik.