Avionics şirkəti üçün loqo və korporativ üslub

Avionics dünyanın ən böyük bron sistemlərindən biridir. Bu sistemin köməyi ilə səyahət agentlikləri səyahətlə bağlı hər şeyi – bilet, otel, avtomobil və s. bron edə bilərlər. Avionics həm də baş ofisi Dubayda yerləşən səyahət agentliyidir. Məqsəd həm sistemə, həm də agentliyə uyğun olan loqotip və korporativ stil yaratmaq idi. İcmalda Avionics ofislərinin interyer və eksteryer dizaynın yaradılması da tələb olunurdu.

Səyahət və axtarış sistemi anlayışlarını birlikdə vizuallaşdırmaq üçün damla formasında olan həndəsi fiqur loqotip və korporativ stilin əsas elementi kimi istifadə olunmuşdur. Cari konteksdə damla yer işarəsi və şar rolunu oynayır. Yer işarələri səyahət edənlərin olduğu yerləri, şarlar isə onların bu yerlər barədə olan xatirələrini əks etdirir. Bu element, birinci şəxsin adından ifadə olunan hər hansı bir əhvalat və istənilən şəklin köməyi ilə korporativ kommunikasiya yaratmaq çox asandır.