Technol üçün reklam kampaniyası

Azərbaycanda və eyni zamanda Qafqaz regionunda mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsi olan “Technoil” MMC reklam kampaniyasının hazırlanması ilə əlaqədar bizə müraciət etdi.

Bizim əsas məqsədimiz bu reklam kampaniyası ilə bazara yeni daxil olan məhsul barədə ətraflı məlumat vermək idi. Biz sima olaraq məşhur radioaparıcı Tural Yusifovu seçdik və onun iştirakı ilə imic çarxı çəkdik. Turalın avtomobillərlə bağlı uğur yolu haqqında danışdığı çarxda məhsulun keyfiyyəti və üstünlükləri detallı şəkildə qeyd olunur.