Azərbaycanda və eyni zamanda Qafqaz regionunda mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsi olan “Technoil” MMC reklam kampaniyasının hazırlanması ilə əlaqədar bizə müraciət etdi.
"Qutu" təklifi mobil və ev xidmətləri özündə birləşdirir. "Qutu" təklifi ilə həm xərclərə, həm də vaxta qənaət etməklə bərabər 24/7 müştəri xidmətləri ilə bütün suallarınıza rahatlıqla cavab tapa biləcəksiniz.
Biz kreditin alınmasının əsas məqsədinin insanların ürəyindən keçənləri etməsi olduğunu əsas götürərək "Ürəyindən keçənlər üçün" adlı reklam kampaniyası hazırladıq.
Formula-1 yarışlarının keçirilməsi ərəfəsində bir çox sakinləri maraqlandıran məqam qənbər üzlüklü yolun asfaltlanması idi. Yolun tarixiliyini qorumaq məqsədilə bu yola xüsusi diqqət ayrılmışdı.
“Nar” bazara çıxardığı “Nar Bulud” xidməti ilə bağlı animasiya çarxının hazırlanması üçün bizə müraciət etdi. Bizim məqsədimiz Azərbaycan bazarına daxil olan bu xidmətin hamı tərəfindən rahat anlaşılan dildə olması və izləyicini yormaması idi.
Expressbank mikrokreditlər ilə bağlı reklam kampaniyasını yaradılması üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz öz işi olan hər bir biznes sahibinin kredit götürə biləcəyini vurğulamaq idi.
Norm Sement bazara yeni daxil olan, zavod və istehsalatını alman texnologiyası üzərində quran yeni şirkətdir. Biz brendin tanınmağı və məhsulun üstünlüklərinin ön plana çıxarılması üçün bir kommunikasiya yaratmalı idik.
Məqsədimiz Buta Sığorta şirkəti üçün strategiya və brend platforması hazırlamaq idi.
Bank of Baku 2011-ci ilin uğurunu təkrar etmək və 500-dən artıq brendin məhsul və xidmətlərini almağa imkanverən faizsiz Bolkart kredit kartına ikinci nəfəs vermək iddiasındadır.
Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.
Biz Unibank istifadəçilərini Novruz Bayramı münasibətilə təbrik etmək üçün məşhur nəlbəki mahnısının istifadə olunduğu animasiya çarxı hazırladıq.