İndi əsas səhifədə şirkət və onun xidmətləri, müştəriləri və komandası haqqında tam məlumat ala bilərsiniz.
Biz Azərbaycanda ən boyük onlayn mağazalardan birini yaratdıq.
Nəticədə problemi və “İmzalı Zəng” xidməti sayəsində həllini göstərən rəngarəng bir animasiya hazırladıq.
4 məhsulu bir brend altında birləşdirən Teleport.az saytını yaratdıq. İnternet, televiziya, TV app və onlayn mağaza.
"Qutu" təklifi mobil və ev xidmətləri özündə birləşdirir. "Qutu" təklifi ilə həm xərclərə, həm də vaxta qənaət etməklə bərabər 24/7 müştəri xidmətləri ilə bütün suallarınıza rahatlıqla cavab tapa biləcəksiniz.
2015-ci ildə yaradılmış "Azerbaijan International Telecom" (AzInTelecom) loqotipin və korporativ üslubun yaradılması üçün bizə müraciət etdi.
Teleport vebsaytın yaradılması üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz istifadəçinin qoşulma üçün sifarişi göndərməsi, ödəniş etməsi və lazımi məlumatı əldə etməsini asanlaşdıracaq interfeysin hazırlanması idi.
Bazara yeni daxil olan Teleport provayderi loqotipin və korporativ üslubun yaradılması üçün bizə müraciət etdi. Sərhədsiz imkanlar konsepsiyasını əsas götürərək teleportasiya prosesini ifadə etmək üçün "Möbius lenti" formasında olan keçid qapısından istifadə olunmuşdur.
"Azercosmos" şirkəti növbəti dəfə Bakutel sərgisində iştirakı ilə əlaqədar olaraq stendin dizaynı üçün bizə müraciət etdi.
Tərəfdaş şirkətləri təbrik etmək üçün açıqcanın hazırlanmasını Azercosmos bizə həvalə etdi. Bizim məqsədimiz Azercosmos şirkətinin firma elementlərindən istifadə edərək Yeni il açıqcası hazırlamaq idi.
“Nar” bazara çıxardığı “Nar Bulud” xidməti ilə bağlı animasiya çarxının hazırlanması üçün bizə müraciət etdi. Bizim məqsədimiz Azərbaycan bazarına daxil olan bu xidmətin hamı tərəfindən rahat anlaşılan dildə olması və izləyicini yormaması idi.
2015-ci ilin aprelində Nar rebrendinq edərək özünün yeni loqosunu və korporativ üslubunu təqdim etdi. Bununla əlaqədar olaraq Nar-ın baş ofisində tərtibat işlərini bizim şirkət həyata keçirdi.
Bizim məqsədimiz bu səyahəti hər bir kinoman üçün unudulmaz edəcək və çoxlu fotoşəkil çəkmə istəyi yaradacaq bir zal tərtibatı hazırlamaq idi.
Dizayn başqa dizaynlardan fərqlənərək müştərilərin diqqətini cəlb etməli idi. Beləliklə, “kino” konsepsiyasını əsas göturərək məşhur filmlərin qəhrəmanlarını qeyri adı tərzdə göstərmək qərarına gəldik.
Nar Mobile və Ali&Nino kitab mağazaları şəbəkəsi “Turbo” internet paketlərini aldıqda istənilən kitaba 40%-dək endirim qazandıran kampaniyaya başladı.
Bizim məqsədimiz Nar Mobile şirkəti üçün rominq xidməti barədə məlumat verən Yeni il açıqcası yaratmaq idi.
Bu səbəbdən şirkətin işçilərinin imzalarından ibarət şam ağacını yaratdıq. Bununla da hər bir işçinin Yeni il arzuları altında şəxsən imza qoyduğunu nümayiş etdirə bildik.
Bu səbəbdən kommunikasiyanın yaradılmasında biz məşhur “Doşab aldım, bal çıxdı” atalar sözünü “Planşet aldım, Nar çıxdı” variantına dəyişdik.
Bizim məqsədimiz ölkədə və rabitə sektorunda inkişafı özündə əks etdirən Nar Mobile mobil operatoru üçün kommunikasiya yaratmaq idi.
Bizim məqsədimiz Nar Mobile-ın təklif etdiyi rominq xidməti üçün reklam kampaniyası yaratmaq idi.
Komandamız bu kampaniya üçün “Salam, bölgə” konsepsiyasını yaratdı. Bu konsepsiya hər bir bölgə üçün ayrılıqda hər bir insana edilən müraciət forması kimi hazırlanmışdır.
Nar Air - Nar Mobile şirkətinin Azərbaycan Hava Yollari şirkətinin təyyarələrində zəng etmək, SMS göndərmək və internetdən istifadə etmək imkanı yaradan bir layihəsidir.
Komandamız istifadədə çox rahat, praktik, yeni tariflərin asanlıqla əlavə olunması imkanına malik olan, yaddaqalan bir broşür hazırladı.
Məqsədimiz “Mobil nömrə daşınması” layihəsi üçün yeni reklam kampaniyası yaratmaq idi. İndi abunəçilər öz nömrələrini dəyişmədən operatorlarını dəyişə biləcəklər.
Bizim məqsədimiz Bakutel sərgisində Nar Mobile-ın stendinə yeni müştəri cəlb etmək idi.
Nar Mobile yeni kampaniyası çərçivəsində yeni SIM-kart alanlara 3 manat danışıq və pulsuz internet hədiyyə edirdi. Bizim məqsədimiz alıcı auditoriyasına pozitiv və aydın ismarıcın göndərilməsi və eyni zamanda reklam kommunikasiyasının yaradılması idi.